Sağlam həyat tərzi
      İlk tibbi yardım
      Xəstəliklər
      Tibb məntəqələri
      Sual cavab
      Əlaqə

     TİBBİ TƏQVİM


     REKLAM

     POZİTİV.AZ FACEBOOK'DA

     ELAN
DIQQƏT !!!

Hacıyev Murad Vahid oğlu(12 yaş) böyrək çatışmazlığından əziyyət çəkir.Böyrək köçürülməlidir.Maddi dəstəyə ehtiyac var
Tel: 051 556 69 69

Qida borusunun peptik xorası       
Əsas səhifə »  Xəstəliklər » Həzm sistemi xəstəlikləri » Qida borusunun peptik xorası        

      

QİDA  BORUSUNUN  PEPTİK   XORASI

Qida borusunun aşağı divarının  yarasına kardiyanın  çatışmazlığı ( yetməzliyi)  zamanı  mədə şirəsinin  qida  borusuna  qalxaraq  divarına proteolitik  təsiri  səbəb  olur. Çox  hallarda  diafraqmanı  qida  borusu  dəliyinin  yırtığı  mədənin  və on iki barmaq  bağırsağın   xorası  ilə  birgə  müşahidə  olunur. Qida  borusunun   xoraları  çox  hallarda  tək  olur, çoxlu sayda  ola bilər.

Etiologiyası. Patogenezi:  Əsasən  qida  borusu  divarının  zədələnməsi  aşkar olunur. İlk növbədə  mədə  şirəsinin  qida borusuna refluksu  səbəb  olur. Diafraqma qida  borusu dəliyinin aksial yırtığı, qida  borusu mədə  keçidinə cərrahi  müdaxilədən  sonra, sistem  sklerodermiya  zaman da müşahidə  olunur. Pilorik hissənin  tonusun  yüksəlməsi  və mədənin  peristaltikasının   pozulması  əsas potoloji  faktordur.

Simptomlar: Klinik gedişi:  Əsas simptom epiqastral nahiyədə yemək zamanı və ya  yeməkdən  sonra  ortaya  çıxan  və ya  yemək  zamanı  güclənən ağrılar, udqunma zaman  ( bəzən uzanan)  vəziyyətdə  ortaya  çıxan ağrılardır. Ağrılar  xoranın (ürək)ağrılarını xatırladır. Disfagiya, yanğı, gəyirmə  müşahidə  olunur. Rentgenoqrammada  selikli  qişanı  kontolunda ( yara yeri) taxça  şəkilli görüntü  görünsə də  onu  tam  aşkar etmək  çətindir. Daha  münasib  metod  ezofagoskopiyadır. Koproloji  müayinədə  nəcisdə  gizli  qan  aşkar  olunur.  Ağırlaşmada - qida borusu profiz qanaxmaları, xoranın perforasiyası ( deşilməsi) qida  borusunun çapıqla daralması  (yırtığın nəticəsi)  ola bilir.

Müalicə: Dieta, xoranın müalicəsi, səbəbləri aradan  qaldırılması ( yırtığın cərrahi korreksiyası) və s .tətbiq  olunur.


Saytda yerləşdirmiş mövzular maarifləndirici məqsəd daşıyır. Hər bir halda həkimə müraciət edin.

     Məqalənin əlavə edilmə tarixi:  01.01.2012 15:00

     Son yenilənmə tarixi:  23.03.2012 23:15

     Baxılma sayı:  1304


    Paylaş

         MƏQALƏNİ DOSTUNA GÖNDƏR