Sağlam həyat tərzi
      İlk tibbi yardım
      Xəstəliklər
      Tibb məntəqələri
      Sual cavab
      Əlaqə

     TİBBİ TƏQVİM


     REKLAM

     POZİTİV.AZ FACEBOOK'DA

     ELAN
DIQQƏT !!!

Hacıyev Murad Vahid oğlu(12 yaş) böyrək çatışmazlığından əziyyət çəkir.Böyrək köçürülməlidir.Maddi dəstəyə ehtiyac var
Tel: 051 556 69 69

Diffuz toksiki zob       
Əsas səhifə »  Xəstəliklər » Endokrin və mübadilə xəstəlikləri » Diffuz toksiki zob        

      

DİFFUZ  TOKSİKİ  ZOB

Diffuz toksiki zob (Qreyvs- Bazedov) – autoimmun  xəstəlik olub , qalxanabənzər vəzin diffuz böyüməsi və hormonların miqdarının kəskin yüksəlməsi ilə xarakterizə  olunur.Qalxanabənzər vəzin normal həcmi  kişilərdə 9-25 ml , qadınlarda 9-18 ml təşkil edir. Tireotoksikoz  - qalxanabənzər vəzin sekresiyasının kəskin artması  ilə müşayət olunan  kliniki sindromdur.  Hipertireoz  - qalxanabənzər  vəzin funksional  aktivliyinin  artması ,   fiziloloji (hamiləlik) və patoloji (tireotoksikoz) olur.Xəstəliyin ağırlığı  klinik mənzərəyə və  ağırlaşmasına əsasən (səyirici  aritmiya , daxili orqanların distrofik dəyişiklikləri , tireotoksik   psixoz  və.s ) qiymətləndirilir.

SƏBƏBLƏRİ : Əsas səbəb  immun  sistemin defektidir - antitellər  vasitəsilə  vəzin hormonlarının produksiyasını stimullaşdırır. Antitellər  limfositlərdən sintez olunan   zülallardır.Bu zülallar - antitellər  tiroid hormonlarının produksiyasını  nizamlayan TTH (tireotrop hormon) reseptorları ilə birləşərək  hormonların  kontrolsuz  sekresiyısına  səbəb olur.Bu antiellər məhz buna görə  ATp TTH  adlanır.Qalxanabənzər  vəz onu stimmulaşdıranın nə olduğunu “ başa  düşmür ”

Diffuz toksiki zoblu xəstələrin  qohumlarının 50 %-ində  dövr edən antitellər  olur.

Bəzən digər autoimmune xəstəkilərlə ( I tip şəkərli diabet, böyrəküstü vəzin xroniki çatışmazlığı )  birgə müşahidə olunur.Qadınlar kişilərdən 5-10 dəfə çox  xəstələnir.Bir qayda olaraq  gənc və orta yaşda  aşkar olunur.

KLİNİKASI :Xəstəliyin klinikası  müxtəlifdir-parlaq təzahürlü müşayət olunana formalardan gizli formalara qədər.

Qalxanabənzər vəz :  Vəzin ölçüsü  adətən hər iki payın hesabına  böyüyür.Yaşlılarda və kişilərdə  normal ölçülü  və nəzərə  çarpmayacaq dərəcədə böyüyür. Böyümənin olmaması  DTZ diaqnozunu inkar etmir.

Ürək damar sistemi : Ürək döyüntülərinin artması, arterial təzyiqin yüksəlməsi  və ağır tireotoksikoz zamanı ürək  çatışmazlığı (tireotoksik  ürək)  əmələ gəlir.

Maddələr mübadiləsi : Arıqlama ,hərarətin yüksəlməsi , isti dəri, əzələ yorğunluğu  müşahidə olunur.

Sinir sistemi : Oyanıqlığın artması ,  ağlamağa meyllik, fikir dağınıqlığı , tremor.

Həzm sistemi :  Qarında ağrılar,  iştahın pozulması ( gənclərdə artması,yaşlılarda itməsi ) müşahidə olunur.

Daxili sekresiya vəzləri : Menstrual tsiklin pozulması,kişilərdə  ginekomastiya, cinsi funksiyanın zəifləməsi,karbohidratlara qarşı tolerantlığın itməsi formalaşır

Gözlər  :  Gözlərin bərəlmiş olur, parlaqlığı itir, fiksasiya qabiliyyəti pozulur,vegetativ innervasiyanın pozulması nəticəsində  göz  qırpma azalır.

Endokrin oftalmopatiya – gözlərin autoimmun mənşəli zədədlənməsidir. Sərbəst autoimmun xəstəlik olsa da   95 % hallarda qalxanvari vəzin  autoimmun xəstəlikləri ilə əlaqəlidir : 90 % diffuz toksiki zob, 5 % autoimmun tiroidit  ilə birgə müşayət olunur. 5-10 % xəstələrdə isə qalxanvari vəzin patologiyası  klinik olaraq təyin olumur. Əsasən gözləri hərəkət  etdirən əzələlərin və dogər strukturların  distrofiyası ilə müşayət olunur. 10 % halda birtərəfli olur.Kişilərdə  5 dəfə artıq rast gəlinir.Atp TTH  antitellər  retrobulbar hüceyrələrdə ödem və immun zəzdələnmə yaradır ki  bu da xəstələrdə göz yuvasının səthini azaldaraq ekzoftalma səbəb olur.Başlanğıc  simptomlar  göz alamalrı üzərində  təzyiq, işığa həssaslığın artması, yad cism hisssiyatı  ( gözlərdə qum) və s.dir

DİAQNOZU

Xəstəliyin  diaqnozu  çətinlik  törətmir-  xəstəliyin klinik şəkli, tiroid hormonlarının (sərbəst T3 ,sərbəst T4 , TTH,anti TPO ) miqdarı , USM vasitəsilə  vəzin olşüləriniə əsasən diaqnoz qoyulur.

MÜALİCƏ

Medikamentoz  müalicə  : Tionamidlər  təyin olunur.Bu preparatlar vəzi  fəaliyyətini tormozlayaraq hormonların  sintezini və azad olunmasını  blokə edir.Əlavə  təsirləri olan preparatdır (1-5 %) : səpki, məxmərək gicişmə,tranzitor trombositopeniya , atralgiya (oynaq ağrıları) Ağırlaşma ehtimalı  1 % təşkil edir : aqranulositoz, vaskulit, xolestatik sarılıq, trombositopeniya.Hamiləlik  zamanı tireotoksikozla xəstətlənən qadınlara dərman dozaların nizamlanması  xüsusən vacibdir.

Cərrahi  müalicə  :  Subtotal subfassial rezeksiya medikamentoz müalicədən sonra residiv  halında ,vəzin ölşüsünün böyüməsi  və düyünlü dəyişikliklər  zamanı göstərişdir.

Radioaktiv yodla müalicə :  Yodun 131 izotopu  ilə əməliyyatdan sonrakı  residivlər, yaşlı xəstələrdə , operativ müalicədən imtina edən xəstətlərdə bu müalicə taktikası  tətbiq olunur. Bu müalicə forması  Avropa və ABŞda  35 yaşan yuxarı  xəstələrin( hamiləlik planlaşdırmayan qadınların ) birinci seçimidir. Effektivliyi ( simptomları teüz aradan götürməsi, residi\v ehtimalının azalması) ,ucuz başa gəlməsi (tireostatik preparatlara nisbətən )  və təhlükəsizliyi ( şüa yükünün minimal  olması , ağırlaşma ehtimalının az olması )  ilə  diqqət cəlb edir.

Endokrin oftalmopatiyanın  müalicəsi  :

1. Qalxanvari vəzin müalicəsi

2. Gözlərin müalicəsi  : qoruyucu eynəklər, göz damlaları

3.Qlükokortikoidlər   : EO-nın 2-ci dərəcəsindən başlayaraq

4.Rentgenoterapiya :Gözətrafı sahəyə rentgenoterapiya - qlükokortikoidlərə qarşı rezistentlik olan  xəstələrdə , qlükokortikoidlərdən imtina zamanı onunla birgə.

5.Gözün  cərrahi dekompressiyası : Retrobulbar hüceyrələrin məhv edilməsi .

6.Kosmetik əməliyyat : Ekzoftalmın jkorreksiyası  və çəpgözlüyün aradan qaldırılması

PROQNOZU : 30  %  yaxşılaşma  , 60 % stabilləşmə , 10 % sonradan  proqresivləşmə

 

 

 

 

 

 

 

 


Saytda yerləşdirmiş mövzular maarifləndirici məqsəd daşıyır. Hər bir halda həkimə müraciət edin.

     Məqalənin əlavə edilmə tarixi:  01.01.2012 15:00

     Son yenilənmə tarixi:  23.03.2012 23:32

     Baxılma sayı:  2444


    Paylaş

         MƏQALƏNİ DOSTUNA GÖNDƏR