Sağlam həyat tərzi
      İlk tibbi yardım
      Xəstəliklər
      Tibb məntəqələri
      Sual cavab
      Əlaqə

     TİBBİ TƏQVİM


     REKLAM

     POZİTİV.AZ FACEBOOK'DA

     ELAN

Amenoreya       
Əsas səhifə »  Xəstəliklər » Ginekoloji xəstəliklər » Amenoreya        

      

AMENOREYA

Menstruasiya  6 ay  müddətə  və ya daha  çox  olmamasıdır. Həqiqi və yalançı  amenoreya  ayırd  olunur. Həqiqi   amenoriyada  yumurtalıqda , endometriyada  və bütün  orqanizmdə  dəyişikliklər olmur. Uşaq  yaşlarda, hamiləlik, laktasiya və menopoza  dövründə  həqiqi  amenoreya olur. Patoloji  amoneriya  I-li (menstruasiya  heç  vaxt  olmayıb) və II-li (menstrurasiya dayanıb) olur. I-li amenoreya  genetik  mənşəli patologiyalar zamanı  (qanadların  diskineziyası), cinsi inkişafın gecikməsi (ağır  infeksion xəstəliklər, intoksikasiyalar) ortaya çıxır. II amonereya  ümumi  infeksion  və  somatik xəstəliklər ( tuberkulyoz, revmatizm , yatalaq , ürək  qüsurları, qaraciyər xəstəlikləri), alimentar  pozulmalar  (keyfiyyətsiz  qidalanma),  sinir  psixi pozulmalar , humoral, pozulmalar (hipotalamus, hipofiz, yumurtalıq, böyrəküstü  vəz  qabığı, qalxanvari  vəz  patologiyalar) zamanı  əmələ gəlir.

Yalançı  amenoreyada  tsiklik  dəyişikliklər baş  verir, lakin menstruasiya  qanı  xaricə  axmır, uşaqlıq boynunda , vagianada, qızlıq pərdəsində  maneələr  buna  imkan  vermir.

Diaqnoz  çətindir, anamnezdəki mövcud  simptomlar , vagianal  yaxma  sitologiyası , rektal temperatur, endometriyanın  biopsiyası , xüsusi  tətqiq metodları  - EEQ,  görmə  sahəsinin  ölçülməsi , türk yəhərinin  rentgenoqrafiyası, hormonal   müayinələr, qanda  və sidikdə qanadotropin, estrogenlər , 17 KS sidikdə  müayinəsi, genetik  metodlar-   cinsi  xromatin , kariotip  təyini  ilə  diaqnoz   qoyulur.

Rektal tempraturun  ovulysiyanın  dəqiq  testlərindən  biridir.  Normal  tsiklərdə I-ci yarısında  370C  dən  azdır.  Ovulyasiyadan   dərhal  sonra  tempratur  0,4- 0,60C  yüksəlir, növbəti  menstrasiya  qədər  belə  qalır. Anovulyator  tsikldə  ( amenoreya  müxtəlif  formalarda) rektal  tempratur bütün  dövr  ərzində  eyni  qalır. Baral  tempratur  (rektal)  hər  səhər  düz bağırsaqda  ölçürlər (10 dəq ərzində).

Müalicə: Keyfiyyətli qidalanma , əmək və istirahət  şəklinin dəyişdirilməsi, stresdən  uzaqlaşma , fiziki idman , mövcud  infeksiyalar  müalicəsi  vacibdir. Hormon  terapiya  ( testlərlə kontrolu  ilə ) fizioterapiya  birgə  tətbiq  olunur.


Saytda yerləşdirmiş mövzular maarifləndirici məqsəd daşıyır. Hər bir halda həkimə müraciət edin.

     Məqalənin əlavə edilmə tarixi:  01.01.2012 15:00

     Son yenilənmə tarixi:  24.03.2012 15:23

     Baxılma sayı:  999


    Paylaş

         MƏQALƏNİ DOSTUNA GÖNDƏR