Sağlam həyat tərzi
      İlk tibbi yardım
      Xəstəliklər
      Tibb məntəqələri
      Sual cavab
      Əlaqə

     TİBBİ TƏQVİM


     REKLAM

     POZİTİV.AZ FACEBOOK'DA

     ELAN
DIQQƏT !!!

Hacıyev Murad Vahid oğlu(12 yaş) böyrək çatışmazlığından əziyyət çəkir.Böyrək köçürülməlidir.Maddi dəstəyə ehtiyac var
Tel: 051 556 69 69

Sonsuzluq       
Əsas səhifə »  Xəstəliklər » Ginekoloji xəstəliklər » Sonsuzluq        

      

SONSUZLUQ

 Müntəzəm  cinsi münasibət olduğu  halda ( qorunmasız) 2 il  ərzində hamiləliyin  olmaması sonsuzluqdur. Nisbi (aradan  qaldırıla bilən) və  mütləq sonsuzluq ( qadın  orqanizmində geri  dönməz dəyişikliklər inkişaf  etdikdə- uşaqlıq  borularının, yumurtalıqların  olmaması) ayırd  olunur.  Bundan  əlavə I-li (qadın  heç  vaxt  hamilə  olmayıb) və II-li (keçmiş  hamiləlik olub, artıq hamiləlik baş  tutmur) sonsuzluq ayırd  olunur. Qadın sonsuzluğunun  əsas  səbəbləri   cinsi  üzvlərin  anotomik, funksional  dəyişiklikləri - infantilizm , uşaqlıq  boruları, yumurtalıq, uşaqlıq  boynu, vagianın patologiyaları, hipofiz  böyrəküstü vəz, yumurtalıq, qalxanvari vəzin  funksiyaları pozulmaları, uşaqlıq  şişləri, endometrioz, yumurtalıq  şişləri, doğuş  və abort zamanı  uşaqlıq boynun travmatik zədələnmələridir. II-li  sonsuzluğun əsas  səbəbləri abortdur. Sonsuzluqdan  əziyyət  çəkən  qadınlarn  müayinəsi ilə yanaşı kişinin  ( sonsuzluğa şübhə  varsa)  müayinəsin aparılmalıdır.

Müayinə zamanı daxili  cinsi üzvlərin  müayinəsi, vaginal, mühitin pH-a,sekretin özlülüyünə  diqqət  edilməlidir  (turşuluğun artması  spermatozoidlərə  zədələyici  təsir  edir, yüksək  özlülük isə  onların  hərəkətinə   mane  olur)

Sonsuzluqdan  əziyyət çəkən  ailələr kompleks  müayinədən  keçməlidirlər:

Klişilər :  laborator  müayinə (spermaqramma , FSH, LH, Prolaktin , total  Testosteron , Estradiol, Progesteron hormonları , Xlamidiya, Ureplazma, Mikoplazma infeksiyaları , uretral  yaxmanın mikroskopiyası, qanda  qlükoza), prostatın USM müayinəsi

Qadınlar:  labrotor müayinə (FSH, LH, Prolaktin ,E2 ,Progesteron ,tiroid -TSH,T3,T4  hormonları,  Xlamidiya, Ureplazma, Mikoplazma  ,Sitomegalovirus,Toksoplazma infeksiyaları, vaginal  yaxma), genital USM müayinəsi .

Müalicə:  Sonsuzluğa səbəb  olan faktorlar  aradan qaldırılmalıdır. Antibiotik  terapiya, fizioterapiya, ümumi  orqanizm  gücləndirən  vasitələr təyin  olunur. Antibiotiklər və  xalq təbabəti ilə  özbaşına müalicəyə cəhd etmək  daha ağır  vəziyyətlərə gətirib  çıxara  bilər. 


Saytda yerləşdirmiş mövzular maarifləndirici məqsəd daşıyır. Hər bir halda həkimə müraciət edin.

     Məqalənin əlavə edilmə tarixi:  01.01.2012 15:00

     Son yenilənmə tarixi:  28.03.2012 20:17

     Baxılma sayı:  1127


    Paylaş

         MƏQALƏNİ DOSTUNA GÖNDƏR