Sağlam həyat tərzi
      İlk tibbi yardım
      Xəstəliklər
      Tibb məntəqələri
      Sual cavab
      Əlaqə

     TİBBİ TƏQVİM


     REKLAM

     POZİTİV.AZ FACEBOOK'DA

     ELAN
DIQQƏT !!!

Hacıyev Murad Vahid oğlu(12 yaş) böyrək çatışmazlığından əziyyət çəkir.Böyrək köçürülməlidir.Maddi dəstəyə ehtiyac var
Tel: 051 556 69 69

Qıcolma       
Əsas səhifə »  Xəstəliklər » Uşaq xəstəlikləri » Qıcolma        

      

QICOLMA

Qeyri  epiteptik ( II-li  )və epitelik qıcolmalar ayırd  olunur. Qeyri epileptik (II-li) qıcolmalar  da  sonradan  epileptik ola  bilir. II-li qıcolmalar yeni doğulmuşlarda  və erkən   uşaqlarda  görülür. Qıcolmalar  yenidoğlmuşun  asfikasiyası, kəllədaxili   travması, hipoqlikemiya, hipokalsemiya hemolitik  xəstəliyi (hiperbilirubinemik  ensofolopatiya) , bətndaxili  infeksiyaları  ilə  bağlıdır. Kəskin  infeksiyaların  əvvəlində  endogen və eksogen  intoksikasiyaları , zəhərlənmələr (uremiya, qaraciyər koması, toksik  sindrom, məişət  zəhərlənmələri) irsi  mübadilə  patologiyaları (fenilketonuriya, qalaktozemiya, Tey-Saks  xəstəliyi) zamanı  qıcolmalar  müşahidə  olunur. Digər  səbəblər  mərkəzi  sinir  sistemi inkişaf  defetləri, irsi  mübadilə   xəstəlikləri , baş  beyin  ocaqlı  zədələnmələri (şiş abses) ürək damar  sistemi  və ürək   xəstəlikləri ( anadan  gəlmə  ürək  qüsurları, kolleps) bəzi qan  xəstəlikləri (hemofiliya, kapilyoza, toksikoz, trobositopenik  purpura, leykoz) ola  bilir.

Erkən  yaşda  uşaqlarda qıcolma  yüksək  tempraturla  bağlı  ola  bilir.Qızdırmalı  qıcolmanın epileptik qıcolmaya  keçməsi  üçün  riski  faktorları anamnezdə  kəllə beyin   travması , qıcolmaların  30 dəqiqədən  sonra çox  davam etməsi, təkrarlanması ola  bilir. Qıcolma  sindromu   zaman EKQ da  dəyişikliklər aşkar olunur. Rentgenoloji  müayinədə əmgək  və kəllə tikişlərinin  vaxtından  əvvəl  bitişməsi  müşahidə olunur (xromiostenoz  mikrosefaliya) , kəllə daxili   hipertenziya, türk yəhərinin  konturlarının  deformasiyası, kəllə tikişlərinin aralanması, kəllənin genişlənməsi (hidrosefaliya  zamanı) müşahidə olunur. Reoensefaloqrofiyada  beyinin  qan  təchizatının  dəyişməsi, qan axının  zəiflənməsi  təyin  olunur. Onurğa beyin  mayesinin  tədqiqi  zamanı  təzyiqin  yüksəlməsi təyin  olunur.

Klinik  şəkli: Qıcolmalar sklet  əzələlərinin  qısa  müddətli kloni - ktonik yığılması şəklində  təzahür  edir. Lokal və generalizə  olunmuş  ola  bilir. Kəskin  başlanğıc  , oyanıqlıq xarakterikdir.

Müalicə: Səbəblərindən  asılı olaraq  müalicə  təyin  olunur.


Saytda yerləşdirmiş mövzular maarifləndirici məqsəd daşıyır. Hər bir halda həkimə müraciət edin.

     Məqalənin əlavə edilmə tarixi:  01.01.2012 15:00

     Son yenilənmə tarixi:  24.03.2012 15:41

     Baxılma sayı:  1724


    Paylaş

         MƏQALƏNİ DOSTUNA GÖNDƏR